Modern.az

Salyanda bankomatdan 150 min manat oğurlanıb

Salyanda bankomatdan 150 min manat oğurlanıb

Aktual

23 Sentyabr 2016, 21:39

Salyan rayonunun Sarvan kəndində bankomata olunmuş basqın nəticəsində 150 min manatdan artıq pulun oğurlandığı məlum olub. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, ötən gecə “Azərpoçt” MMC-nin Salyan rayonunun Sarvan kəndindəki filalının binasında yerləşən bankomata basqın olub.

 

Vətəndaşların pensiya və müavinətləri verildiyindən, bankomatda xeyli məbləğdə pul olduğunu bilən şəxs və ya şəxslər binanın  pəncərəsinin dəmir barmaqlığını qıraraq bankomatın yerləşdiyi otağa daxil olub bankomatda olan pulları aparmaq üçün onu qaynaq aparatı ilə kəsiblər.

 

Hazırda Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən cinayəti törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində intensiv axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı