Modern.az

Deputatdan ETİRAZ: “Baş Prokurorluğa göndərilir...”

Deputatdan ETİRAZ: “Baş Prokurorluğa göndərilir...”

Актуально

14 Oktyabr 2016, 13:00

Deputat Qüdrət Həsənquliyev yeni strurkturların yaradılmasının əleyhinə çıxıb.

 

Modern.az-ın xəbərinə görə, Q.Həsənquliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna qəyişiklik məsələsinin müzakirəsi zamanı deyib.

O deyib ki, qanuna nəzərdə tutulan dəyişikliyə əsasən məlumat verən şəxsin gizliliyinin qorunması və müdafiəsi ilə bağlı məsələ ciddi problem yaradacaq:

 

“Azərbaycan reallığında hənsısa şəxsin gizliliyinin qorunub saxlanması çətin məsələdir. Belə ki, hər hansı dövlət qurumunda yaradılacaq sturuktura rəhbər olan yaxın adamı işə təyin edəcək. O da məlumat verən şəxs barəsində onu məlumatlandıracaq. Nəticədə korrupsiya haqqında məlumat verən şəxs əsassız olaraq incidiləcək. Ona görə də yaradılacaq qurumun elə də effekti olmayacaq. O baxımdan qanunda nəzərdə tutulan maddənin çıxarılmasını təklif edirəm. İndiki şəraitdə idarələrdə əlavə strukturların yaradılmasına ehtiyac yoxdur. Dövlət büdcə xərclərinin ixtisara salındığı bir vaxtda əlavə xərclərə ehtiyac yoxdur”.

 

Q.Həsənquliyev Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə yoxlamaları birbaşa aparması barədə icazənin verilməsini təklif etdi:

 

“Bu gün Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olan müraciətlər əvvəlcə Baş Prokurorluğa göndərilir və orada saf-çürük edildikdən sonra Korrupsiyaya qarşı Mübarizə idarəsinə göndərilir. Bu, olmaz. Ona görə də Korrupsiyaya qarşı Mübarizə İdarəsinə onlara daxil olan müraciətləri birbaşa özləri araşdırmaq üçün səlahiyyət verilməlidir”.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı