Deputat Çingiz Qənizadənin Milli Məclisdə “AZAL”la bağlı qaldırdığı məsələ araşdırılacaq.
Bu haqda Modern.az-a Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildiririb.
O deyib ki, “biznes klass” da belə bir sistem yoxdur:
““Ekonom klass”da uçan sərnişinlər qabaq sırada əyləşmək üçün əlavə olaraq pul ödəməlidirlər. Bu Mülki Aviasiyada qəbul olunmuş bir qərardır. . Amma bu “biznes klass”a aid deyil. İstənilən halda məsələ araşdırılacaq və ictimaiyyətə açıqlama veriləcək”.
Milli Məclisin bu gün keçirilən iclasında deputat Çingiz Qənizadə AZAL-ı sərt ittiham edərək bu qurumun dilənçiliklə məşğul olduğunu bildirib.
O qeyd edib ki, İstanbuldan Bakıya qayıdan zaman “biznes klass”da boş yer olduğu üçün ön sırada oturmaq istəyib, lakin ön sırada əyləşmək üçün əlavə 30 dollar ödəməsi lazım olduğunu bildiriblər.
Gülşən RAUFQIZI