Qaya parçasının düşməsi səbəbindən bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olunub.
Bu haqda Modern.az-a "Azəravtoyol"nin mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, hazırda Quba-Xınalıq avtomobil yolunda avtonəqliyyat vasitələrinin maneəsiz hərəkətində hər-hansı bir problem müşahidə olunmur.
Texnikanın köməkliyi ilə qaya parçası yoldan götürülüb.
Qeyd edək ki, hadisə yolun 23-cü kilometrliyində qeydə alınıb.
Gülşən RAUFQIZI