Modern.az

Füzulinin icra başçısı hesabat verdi

Füzulinin icra başçısı hesabat verdi

مورد توجه

19 Oktyabr 2016, 14:47

Füzuli rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın rayonun 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib.

İclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarların rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sahibkarlar, QHT-lər, KİV nümayəndələri iştirak edib.


Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev iclası açaraq qeyd edib ki, 2016-cı ilin 9 ayı bütün respublikamızda olduğu kimi Füzuli rayonunda uğurlu göstəricilərlə yada qalıb.


Alı Alıyev rayonun 2016-ci ilin 9 ayının iqtisadi göstəriciləri barədə geniş məlumat verib, kənd təsərrüfatı, sənaye, tikinti, quruculuq, rabitə və digər sahələdrə əldə olunan nailiyyətlərdən, mövcud nöqsan və çatışmazlıqlardan bəhs edib.


Rayonun strateji məhsul olan taxılçılıqla bağlı əldə etdiyi nəticələri barədə danışan Alı Alıyev qeyd etdib ki, ötən il rayonda 121 min tondan artıq taxıl istehsal olunub, Füzuli rayonu respublikada hər il 100 min tondan artıq taxıl istehsal edən 5 rayondan birinə çevrlib. Bildirib ki, əldə olunan uğurlu nəticələrdə iri taxılçılıq təsərrüfatlarının xüsusi rolu olub. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq rayonda bu il ilk dəfə olaraq hər biri 1000 hektar sahəni əhatə edən 4 iri  taxılçılıq təsərüfatı yaradılıb.


Alı Alıyev diqqətə çatdırıb ki, rayonda taxılçılıqla yanaşı, digər sahələrin  xüsusilə ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsinə də ciddi diqqət yetirilir. Bu il rayonda 500 ha sahədə pambıq bitkisi əkilib. Hazırda rayonda pambıq yığımı davam edir.

“Bununla belə növbəti ildə bizim qarşımızda daha ciddi məsələlər dayanır. Biz növbəti il üçün 1500 ha ərazidə pambıq əkməyi nəzərdə tutmuşuq.Bu il kümçülərimiz 3 tondan artıq barama istehsal ediblər. Gələn il isə bu rəqəmin 30 tona çatdırılması planlaşdırılır”. 


Hesabat iclasında qeyd olunub ki, rayonda tikinti-quruculuq işləri davam etdirilir. Hesabat dövründə Rayon Statistika və Kənd Təsərrüsatı İdarələri üçün inzibati binalar, Əhmədbəyli kəndində 6 palata və 30 çarpayılıq xəstəxana tikilərək istifadəyə verilib. Horadiz şəhərində Rəsm Qalereyasının, Avtovağzal Kompleksinin tikintisi başa çatıb. Üçüncü Zobucuq qəsəbəsində kənd təsərrüfatı məhsullarının satışı üçün bazarın, Horadiz-Arayatılı avtomobil yolunun sağ tərəfində 10 ha ərazidə müasir istixana kompleksinin tikintisi isə sürətlə davam etdirilir. İlin sonuna kimi adları qeyd olunan obyektlər də istifadəyə veriləcək. Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış Qurban Namazəliyev küçəsi yenidən qurularaq istifadəyə verilib.


Yaxın günlərdə Fin quraşdırma evlərində məskunlaşan məcburi köçkünlər üçün 400 mənzilli olan qəsəbənin açılışı olacaq.


Hesbat yığıncağında rayon təhsil şöbəsinin müdiri Ramella Məmmədova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Natiq Şükürov, “Dövlətqaçqınkom”un nümayəndəsi Elmir Allahyarov çıxış edib, 2016-cı ilin 9 ayı ərzində gördükləri işlərə dair hesabatları dinlənilib, rəy və təkliflər irəli sürülüb.


Alı Alıyev sonda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışıb, uğurlarla yanaşı problemlər də qeyd edib, 2016-cı ilin dördüncü rübündə qarşıda duran vəzifələr müəyyənləşdirilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı