Modern.az

Milli Qəhrəmanı anım günüdür

Milli Qəhrəmanı anım günüdür

Aktual

14 Yanvar 2012, 18:22

15 yanvar Azərbaycanın Milli Qəhrəmanı, mayor Elman Hüseynovu anım günüdür. Elman Süleyman oğlu  Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində orta təhsil alıb. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstituna qəbul olub. 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurub. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində zabit rütbəsində xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdır. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini, 1988-1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışıb.

Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirib. 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünü müdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrini düşməndən azad olunmasında fəal iştirak edib. Şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
1995-ci il yanvarın 15-də ölkə prezidentin 262 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”adına layiq görülüb.
Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına Tərtər rayonunda küçə var. Tərtər rayonunda qəhrəmanın büstü ucaldılıb.
Evli idi. Üç övladı var.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı