Modern.az

Qoyun oğurluğu ilə məşğul olan 3 DƏSTƏ tutuldu  

Qoyun oğurluğu ilə məşğul olan 3 DƏSTƏ tutuldu  

Актуально

4 Yanvar 2017, 14:07

Ötən gün respublikanın ayrı-ayrı yerlərində xeyli qoyun oğrusu tutulub. Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbəsində yaşayan Canbaxış Məlikovun həyətindən 2 baş qoyunu oğurlamaqda şübhəli bilinən həmyerliləri Rəşad Dadaşov və Novruz Fərəcov saxlanılıblar.


Füzuli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə yanvarın 2-də Rauf Hüseynovun həyətyanı sahəsindən 4 baş qoyun oğurlamaqda şübhəli bilinən rayon sakinləri Səməd Vəliyev, Zamin Vəliyev və Novruz Xələfov saxlanılıblar. S.Vəliyevin və N.Xələfovun ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların 2016-cı il dekabrın 20-də R.Hüseynova məxsus həyətyanı sahədən 1 baş qoyun oğurlamaları da müəyyən edilib.



2016-cı il dekabrın 26-da Qobustan rayonunun Yekəxana kənd sakini Rza Hacıalıyevə məxsus həyətyanı sahədən 5 baş qoyunu oğurlayanlar da tutulub.
Qobustan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri İmkan Səftərov, Azay Dəmirov və əvvəllər məhkum olunmuş Fəyaz Hüseynov saxlanılıb.



Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı