Modern.az

DİM: İmtahana telefonla daxil olan 3 şagirdin nəticələri ləğv olunub

DİM: İmtahana telefonla daxil olan 3 şagirdin nəticələri ləğv olunub

Güncel

9 Mart 2017, 13:30

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanından əvvəl,  iştirak edəcək şagirdlərə imtahan binasına qadağan olunmuş vasitələr gətirməməklə bağlı xəbərdarlıq etsə də, bəzi şagirdlər  qaydaları pozub.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq ötən həftə keçirilən buraxılış imtahanında 3 nəfər telefonla imtahan binasına daxil olub. 

DİM-dən bildirilib ki, həmin şagirdlərin imtahan nəticələri ləğv olunub: "Bir daha xatırladırıq ki, imtahan binasına qadağan olunmuş vasitələr gətirmək olmaz".

 

Qeyd edək ki, imtahanda iştirak edəcək şagirdlərə buraxılış vərəqəsi ilə yanaşı “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı bir sıra  məlumatlar çatdırılır.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı