Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dilinin latın qrafikalı əlifbaya keçməsi ilə bağlı qərar verib.
Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bunu ictimai şüurun və müasir reallığın əksi olduğunu bildirən prezident 1929-1940-cı illərdə də qazax dilinin kiril deyil, latın qrafikası ilə olduğunu da deyib.
Keçid prosesi 2018-ci ildə məktəblərdən və dövlət idarələrindən başlayacaq və 8 ilə yekunlaşacaq.
Vüqar İSMAYILOV