Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə start verilib. Modern.az xəbər verir ki, İtaliyanın “Yuventus” komandası öz meydanında “Monako”nu qəbul edib. Oyunun 31-ci dəqiqəsində Manjukiç "Yuventus"un ilk qolunu vurub. İlk hissənin son dəqiqəsində isə Dani Alves komandasının ikinci qolunu vurub.
68-ci dəqiqədə Mbappe hesab arasındakı fərqi azaltsa da, “Monako”nun bundan artığına gücü çatmayıb.
Bununla da iki oyunun nəticəsinə görə, 4:1 hesablı qələbə qazanan “Yuventus” ilk finalçı olub.
Qeyd edək ki, Fransada keçirilən qarşılaşmada turinlilər 2:0 hesabı ilə qalib gəlib.
Modern.az