Modern.az

Bu gündən magistraturaya ixtisas seçimi başlayır

Bu gündən magistraturaya ixtisas seçimi başlayır

Aktual

9 İyun 2017, 00:35

Bu gündən magistratura səviyyəsinə qəbul imtahanlarının müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçimini yerinə yetirə bilərlər. Modern.az xəbər verir ki, ixtisas seçimi iyunun 19-dək internet vasitəsilə davam edəcək. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edərək təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Qeyd edək ki, DİM-in 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 4-də keçirilən qəbul imtahanının ikinci mərhələsinin nəticələrinə görə imtahanda 9 503 bakalavr iştirak edib. 19 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı