2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə zamanı qəhrəmancasına həlak olan şəhid Elmidar Səfərovun şərəfinə Neftçalanın Aşağı Qaramanlı kəndində park salınıb. Yaxınlarının Modern.az-a verdiyi məlumata görə, parkda şəhidin büstü qoyulub.
Şəhidin adının əbədiləşdirilməsi təşəbbüsü onun qardaşı Elzibar Səfərov və hərbçi dostları tərəfindən irəli sürülüb.
Qeydedəkki, şəhid Elmidar SəfərovYardımlının Aşağı Qaramanlı kəndində doğulub. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə " III dərəcəli medalı ilə təltif edilib.