Modern.az

Xaçmazda 61 yaşlı kişini güllələyən şəxs özünü də vurdu

Xaçmazda 61 yaşlı kişini güllələyən şəxs özünü də vurdu

Aktual

3 Oktyabr 2017, 14:15

Xaçmaz rayonunda güllələnmə faktı qeydə alınıb. 

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qımılqışlaq kəndində qeydə alınıb.

 

Kənd sakini, 1956-cı il təvəllüdlü Mehrəliyev Abdulağa Beybut oğlu bel nahiyəsində güllə yarası ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

61 yaşlı şəxsi güllələyən şəxs özünə də silahla xəsarət yetirib.

 

Məlumata görə, rayonun Qımılqışlaq kənd sakini, 1956-cı il təvəllüdlü Mehrəliyev Abdulağa Beybut oğlunu güllələyən həmkəndlisi, 1957-ci il təvəllüdlü Məmmədseyidov Gülbala İmaməddin oğlu özünü də güllələyib.

 

O, yaralı vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı