Modern.az

Donald Tramp Koreyaya gedib  

Donald Tramp Koreyaya gedib   

Актуально

7 Noyabr 2017, 08:49

ABŞ Prezidenti Donald Tramp Asiya turnesi çərçivəsində noyabrın 7-də Koreya Respublikasına səfər edib.

Modern.azxariciKIV- ə istinadən xəbər verir ki, D.Trampın səfəri iki gün çəkəcək. O, səfərinə ABŞ hərbi bazası olan Hamfris düşərgəsinə baş çəkməklə başlayacaq. Prezident bazada ABŞ və Cənubi Koreya hərbçiləri qarşısında çıxış edərək, Koreya yarımadasındakı təhlükəsizlik məsələləri barədə danışacaq.

Səfər çərçivəsində Koreya Respublikasının Prezidenti Mun Ce-in ilə görüşdə ölkə başçıları ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, Koreya yarımadasında yaranmış vəziyyəti, Şimali Koreyanın nüvə-raket təhdidlərinə qarşı birgə müdafiə mövzularını da müzakirə edəcəklər.

ABŞ Prezidenti Donald Tramp Koreya Respublikasından sonra Çinə gedəcək

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı