Modern.az

Traktorun vurduğu piyada öldü

Traktorun vurduğu piyada öldü

Aktual

27 Dekabr 2017, 23:22

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.  Modern.az  APA –ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

 

Süleyman Xasay oğlu Quliyev idarə etdiyi traktorla yolu keçən piyada, Kürdəmir rayonun Karrar kənd sakini, 1982-ci il təvəllüdlü Yusif Oqtay oğlu Rüstəmovu vuraraq öldürüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı