Modern.az

Bir həftədə 200 şagird və müəllim müayinə olunub

Bir həftədə 200 şagird və müəllim müayinə olunub

Aktual

23 Fevral 2018, 20:01

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti fevralın 19 və 23-də Bakıda orta məktəbdə humanitar aksiya keçirib. Modern.az xəbər verir ki, Mərkəzin Elmi təşkilati bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyevanın “Trend”ə verdiyi məlumata görə,  aksiyada 200-ə qədər şagird və müəlim heyəti müayinə olunub.

 

Aksiyanın keçirilməsində məqsəd tələbə və müəllimlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

 

Y.Abdiyeva bildirib ki, səyyar klinika 2012-ci ildən 2017-ci ilədək Azərbaycanın 17 ali təhsil müəssisəsinin tələbələri və bir sıra orta məktəb şagirdlərinin arasında tədqiqatları keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı