Modern.az

Bir ailənin dörd üzvünün dənizdə batma səbəbi - YENİLƏNİB

Bir ailənin dörd üzvünün dənizdə batma səbəbi - YENİLƏNİB

Aktual

26 İyul 2018, 00:57

Xaçmaz rayon, Nabran qəsəbəsində iki ana və övladının dənizdə boğularaq ölməsinin təfərrüatları məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, rayonun Palçıqoba kənd sakinləri olan Dadaşova Ruhiyyə Eyvaz qızı, onun oğlu Dadaşov İkram Məmmədyar oğlu, həmçinin baldızı Qocayeva Kamilə İkram qızı və onun qızı Qocayeva Aysel Əfqan qızı Nabran qəsəbəsində dənizə çimməyə gediblər. Lakin 16 yaşlı İ.Dadaşov çimərkən boğulmağa başlayıb. Bunu görən anası, R.Dadaşova oğlunu xilas etməyə çalışıb, ancaq buna nail ola bilməyərək özü də suda boğulmağa başlayıb.

 

Bu zaman K.Qocayeva qardaşı arvadına və onun oğluna köməklik etməyə çalışıb, lakin boğulmaqda olan şəxsləri xilas etmək onun da həyatı üçün təhlükə yaradıb. Onunla birgə olan qızı A.Qocayeva da onlara köməklik göstərməyə çalışsa da, o da boğulmağa başlayıb. Nəticədə hər iki ana və övladları suda bataraq boğulublar.

 

Onların dördünün də meyitləri yaxınlarına təhvil verilib.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

19:27

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2000 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub.


FHN-dən Modern.az-a verilən məlumata görə, Qocayeva Aysel Əfqan qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Qocayeva Kamilə İkram qızının, Dadaşova Ruhiyyə Eyvaz qızının və Dadaşov İkram Məmmədyar oğlunun da meyitləri vətəndaşlar tərəfindən sudan çıxarılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı