Modern.az

Yol qəzasında ana və qızı xəsarət aldı

Yol qəzasında ana və qızı xəsarət aldı

Aktual

26 İyul 2018, 00:24

İmişlidə yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.

 

İlham Cavadovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolun kənarında dayanan digər “Mercedes”ə çırpılıb.

 

Nəticədə avtomobildə olan 1958-ci il təvəllüdlü Cavadova Nazimə Miradəm qızı və onun qızı,  2005-ci il təvəllüdlü Cavadova Arəstə İlham qızı müxtəlif dərəcəli xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı İmişli polis şöbəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı