Modern.az

Şöbəyə gətirildi, üzərində xeyli narkotik aşkarlandı

Şöbəyə gətirildi, üzərində xeyli narkotik aşkarlandı

Aktual

28 Avqust 2018, 10:42

Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. 

Bu haqda Modern.az-a DİN mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən,  Şirvan şəhər sakini Süleyman  Heydərov  polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.

Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bükümdə narkotik vasitə hesab olunan ümumi çəkisi 440 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı