Tovuz rayonunda yerli sakin döyülərək ağır xəsarət alıb. Modern.az "Report"a istinadən xəbər verir ki, rayon sakini, 1981-ci il təvəllüdlü Əvəz Quliyev Qovlar şəhərində hələ ki, məlum olmayan şəraitdə döyülərək ağır xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən Ə.Quliyevə tibbi yardım göstərilib və o, palataya yerləşdirilib.
Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.