Modern.az

Şəhriyar Məmmədyarovun yeni REYTİNQİ

Şəhriyar Məmmədyarovun yeni REYTİNQİ

مورد توجه

1 Sentyabr 2018, 00:41

Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq siyahısını açıqlayıb. Modern.az xəbər verir ki, qurumun saytında yayılan məlumata görə, avqust ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki yerini qoruyub. Şahmatçımız reytinqini 19 xal artıraraq  2820-ə yüksəldib. O, birinci pillədəki dünya çempionu Maqnus Karlsendən  (Norveç, 2839) 19, Fabiano Karuanadan isə (ABŞ, 2827) cəmi 7 xal geri qalır.

 

Qeyd edək ki, siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 17-ci (2751), Arkadi Naydiç 28-ci (2721), Rauf Məmmədov 46-cı (2699) pillədə yer alıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı