Modern.az

Bakıda Rusiya kino həftəsi başlayır

Bakıda Rusiya kino həftəsi başlayır

Aktual

4 Sentyabr 2018, 00:28

Sentyabrın 7-də 10-dək Nizami Kino Mərkəzində Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyi, Rusiyanın “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Rusiya Kino Günlərinin açılış mərasimi keçiriləcək.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları və “Kinofest” Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.

 

Açılış mərasiminin rəsmi hisssindən sonra rejissor Serqey Mokritskinin 2018-ci ildə istehsal olunmus fentezi janrında çəkdiyi “Çernovik” bədii filmi nümayiş olunacaq.

 

Qeyd edək ki, Kino Günləri çərçivəsində sentyabrın 8-də rejissor Yekaterina Teleqinanın Azərbaycan aktyorlarının da yer aldığı komediya janrında çəkdiyi “Kilimandjara” filmi, sentyabrın 9-da rejissor Danila Kozlovskinin dram janrında çəkdiyi “Trener” filminin, sentyabrın 10-da Klim Şipenkonun dram janrında çəkdiyi “Salyut - 7” bədii filmi şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

 

Nizami kino Mərkəzində Rusiya Kinosu həftəsi çərçivəsində nümayiş olunacaq filmərin seansları hər gün saat 18:30-da kinomərkəzin böyük zalında başlayacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı