Modern.az

Metroda ər arvadını bıçaqladı

Metroda ər arvadını bıçaqladı

Aktual

4 Sentyabr 2018, 21:47

Bakı metrosunun “Nəsimi” stansiyasında bıçaqlanma hadisəsi baş verib. Modern.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

 

Onun sözlərinə görə, bu gün saat 19:23 radələrində metronun platformasında ər və arvad mübahisə edib:

 

“Kişi həyat yoldaşına iki bıçaq zərbəsi yetirib. Qadın təcili tibbi yardımla xəstəxanaya aparılıb. Hadisə yerinə gələn polis şübhəli şəxsi saxlayıb”.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı