Modern.az

Cəlilabadda mənzil qarət edildi

Cəlilabadda mənzil qarət edildi

Актуально

8 Sentyabr 2018, 00:56

Cəlilabad rayonunda evdən oğurluq olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə günorta saatlarında rayonun Alar kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Əliqamət Nəsirəddin oğlunun evinə daxil olan naməlum şəxs və ya şəxslər oradan 600 manat nağd pul oğurlayıblar.

 

Hadisə ilə bağlı polisə də müraciət edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı