Modern.az

Zaqatalada gəlini qayınanası və həyat yoldaşı döydü

Zaqatalada gəlini qayınanası və həyat yoldaşı döydü

Aktual

3 Oktyabr 2018, 22:14

Zaqatala rayonunda gəlin qayınanası və həyat yoldaşı tərəfindən döyülüb. Modern.az “Report”a istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Yuxarı Tala kənd sakini Ləman Tərlan qızı İbrahimova bədənin çoxsaylı sıyrılmış və əzilmiş xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, L.İbrahimova müayinə zamanı qayınanası və həyat yoldaşı tərəfindən döyülərək xəsarət aldığını deyib. Qadına lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Travmatologiya şöbəsində aparılır.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı