Modern.az

İstirahət gününün hava PROQNOZU

İstirahət gününün hava PROQNOZU

Актуально

26 Oktyabr 2018, 17:10

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a daxil olan məlumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırılır ki, gecə və səhər bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 11-16, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək: 

 

"Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırırıq ki, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 15-20, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında bəzi yerlərdə yağış yağacağı, oktyabrın 27-də gündüz, 28-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-nın bəzi yerlərdə yağış yağacağı, oktyabrın 27-də gündüz, 28-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 16-21 dərəcə isti təşkil edəcək".

 

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırılır ki, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Oktyabrın 27-də gündüz, 28-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal–qərb küləyi oktyabrın 27-də gündüz, 28-də gün ərzində mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 16-20 dərəcə isti təşkil edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı