Modern.az

Hədə-qorxu ilə 45 min dollar alan yeniyetmələr tutuldu

Hədə-qorxu ilə 45 min dollar alan yeniyetmələr tutuldu

Aktual

27 Oktyabr 2018, 12:01

Hədə-qorxu gəlməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Oktyabrın 25-də Binəqədi Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27.000 ABŞ dolları, oktyabrın 5-də isə 18.000 ABŞ dolları aldıqlarını bildirib.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı