Modern.az

Kılıcdaroğlu daha bir silahdaşını itirdi

Kılıcdaroğlu daha bir silahdaşını itirdi

Актуально

22 Fevral 2019, 20:27

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında daha bir istefa reallaşıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə Cümhuriyyət Xalq Partiyasının Adana şəhəri üzrə rəhbəri Əmrah Kozay vəzifədən istefa verib.

 

“Tvitter” hesabında bu barədə məlumat yayan Əmrah Kozay TBMM üçün hazırlanan siyahı barədə onlara məlumat verilmədiyi üçün istefa verdiyini bəyan edib.

 

Əmrah Kozay bildirib ki, bölgə təşkilatına seçki komissiyasına veriləcək siyahı barədə bir söz deyilməyib və təşkilatın fikri nəzərə alınmayıb:

 

"Bu vəziyyəti qəbul etməyim mümkün deyil. Bu baxımdan dəyərli partiya yoldaşlarım adına prinsipial bir mövqe nümayiş etdirərək partiyadan ayrılmaq qərarı verdim".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı