Modern.az

Ermənistan parlamentində Qarabağla bağlı dinləmələr olacaq  

Ermənistan parlamentində Qarabağla bağlı dinləmələr olacaq   

Güncel

26 Fevral 2019, 20:15

Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri komissiyasında yaxın günlərdə Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi üzrə dinləmələr keçiriləcək. Modern.az “Report”a istinadən xəbər verir ki, dinləmələrdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının nümayəndəsinin də iştirakı gözlənilir.

 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdəki “Mənim addımım” fraksiyasının üzvü, komissiyanın sədri Andranik Koçaryan məsələni şərh etməkdən boyun qaçırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı