Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Amerika Birləşmiş Ştatlarının Azərbaycan Resblikasındakı səfirliyinin Siyasi şöbənin eksperti xanım Kristin Sinq ilə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə qadın və uşaqlarla bağlı qanunvericilik məsələləri, ikitərəfli parlamentlərarası əlaqələrin inkişafından danışılıb, beynəlxalq təşkilatlarda hər iki ölkənin parlamentarilərinin əməkdaşlığının vacibliyi vurğulanıb.
Aqiyə Naxçıvanlı həmçinin Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız, Dağlıq Qarabağ problemi ilə əlaqədar səfirə məlumat verib və onun ölkəsinin də Azərbaycanın haqq mövqeyini beynəlxalq tribunalarda dəstəkləməsinə dəvət edib.
Görüşdə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Resblikasındakı səfirliyinin və Milli Məclisin əməkdaşları iştirak ediblər.