Modern.az

Ötən il sahibkarlara 160 milyon manatdan çox güzəştli kredit verilib

Ötən il sahibkarlara 160 milyon manatdan çox güzəştli kredit verilib

Aktual

28 Fevral 2019, 11:48

2018-ci ilin yekunlarına əsasən Azərbaycanda təxminən 1000 sahibkarlıq subyektinə 160,2 milyon manat həcmində güzəştli kredit verilib.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

O bildirib ki, bu ilin əvvəlindən isə 80-dən çox sahibkar 8 milyon manat həcmində güzəştli kredit alıb:

“Verilən kreditlər əsasən kənd təsərrüfatı və emal sahəsinin inkişafına yönəldiləcək. Nəticədə yeni iş yerləri yaradılacaq”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı