Modern.az

Salyanda iki yük maşını toqquşdu

Salyanda iki yük maşını toqquşdu

Aktual

1 Mart 2019, 23:14

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 63-cü km-də iki yük maşını toqquşub.

Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə nəticəsində sürücülərdən biri xəsarət alıb.

 

Məlumatına görə, Biləsuvar rayonunun Əmənkənd kənd sakini, 23 yaşlı Sahib Ədalət oğlu Şahgəldiyev idarə etdiyi “KamAZ” xarab olduğu üçün maşından düşərək onun mühərrik hissəsinə qalxıb orada təmir işləri apararkən maşınına arxa tərəfdən başqa bir “KamAZ” çırpılıb. Hadisə nəticəsində sürücü öz avtomaşının altına düşərək xəsarət alıb.

 

Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən S.Şahverdiyevin vəziyəti orta-ağırdır.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı