Ucar rayonunda intihara cəhd edilib.
Modern.az Report-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb. Hələlik adları məlum olmayan 3 nəfər rayon sakini hündür binanın üstünə çıxaraq özlərinə qəsd etmək istəyib.
Əraziyə dərhal hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunublar. Hazırda hər 3 şəxsi binanın üstündən endirmək üçün danışıq aparılır.
Faktla bağlı araşdırmalara başlanılıb.