Modern.az

İndoneziyada daşqınlar 63 nəfərin ölümünə səbəb olub

İndoneziyada daşqınlar 63 nəfərin ölümünə səbəb olub

Aktual

17 Mart 2019, 14:53

İndoneziyanın şərqində yerləşən Papua əyalətində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilər hazırda itkin düşənlərin axtarışlarını davam etdirirlər.

Martın 16-da güclü yağışlar əyalətin şimal-şərq hissəsini ağuşuna alıb. Nəticədə ondan artıq evin, iki körpünün dağılması barədə məlumat yayılıb. Hazırda evləri dağılan 120 sakinin hökumət binalarına köçürüldüyü bildirilir. Hazırda su çəkilsə də, axtarış-xilasetmə komandası daşqınlardan zəzərçəkən bütün rayonlara çata bilməyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı