“Dünən ölkə Prezidenti yüksək səviyyədə müşavirə keçirdi. Həm Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə sübut etdi ki, dövlət və onun başçısı hər zaman xalqının yanındadır. Cənab prezidentin mövqeyini alqışlayıram”.
Modern.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin iclasında deyib. Deputat bildirib ki, İlham Əliyev 2003-cü ildə prezident seçiləndən bu günə qədər Azərbaycan xalqı ilə bərabər olduğunu daim nümayiş etdirib.
Deputat “Diqlas”dakı yanğından danışarkən sığorta şirkətlərinə də diqqət çəkib.
“Mütləq deyil ki, bu cür hadisələr zamanı hər bir şeyi dövlət öz üzərinə götürməlidir. Sadəcə, bu, dövlətin funksiyaları çərçivəsində olmalıdır. İnkişaf etmiş ölkələrə nəzər salaq. Onlarda olduğu kimi Azərbaycanda da sığorta şirkətləri inkişaf etdirilməlidir. Ölkədə sığorta şirkətləri var. Lakin həmin şirkətlər inkişaf etməyiblər. Elə etməliyik ki, sığorta institutu formalaşsın”.