Modern.az

Prezident üç rayonun icra başçısını DƏYİŞDİ  

Prezident üç rayonun icra başçısını DƏYİŞDİ  

Aktual

5 Aprel 2019, 14:40

Prezident İlham Əliyev bir neçə rayonun icra başçısı ilə bağlı sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, ölkə başçısı Asif Həbib oğlu Hüseynovun Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Digər sərəncamla Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


Ölkə başçısı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə də yeni təyinat həyata keçirib. Prezidentin sərəncamları ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Digər sərəncamlarla Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı