Modern.az

Bakı metrosu 6 yeni qatar alacaq

Bakı metrosu 6 yeni qatar alacaq

Актуально

13 Aprel 2019, 13:09

Bu il istismarını başa vurmuş 6 qatar xətdən kənarlaşdırılacaq.

Modern.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Vaqonların əsaslı təmiri xidmətinin rəisi Kamran İsmayılov bildirib. 

Onun sözlərinə görə, ümumiyyətlə, qatarların istismar müddəti 31 ildir:

"İstismarını başa vurmuş 81-714/717 tipli 6 qatar xətdən uzaqlaşdırılaraq əvəzində bu il 81-765 tipli "Metrovaqonmaş" istehsalı olan hər biri 5 vaqondan ibarət 6 qatar alınacaq. Bu qatarların istehsalında ən aparıcı sistemlər tətbiq olunub".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı