Modern.az

“Qarabağ müharibəsi Azərbaycan qadınlarının mühakiməsində"

“Qarabağ müharibəsi Azərbaycan qadınlarının mühakiməsində"

Aktual

26 Dekabr 2011, 16:21

Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının ofisində millət vəkili Məlahət İbrahimqızının müəllifi olduğu ingilis dilində nəşr olunmuş “Qarabağ müharibəsi Azərbaycan qadınlarının mühakiməsində” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən M.İbrahimqızı bildirib ki, bu kitab tanınmış diplomat, məşhur alim, hazırda Harvard Universitetinin professoru Swanee Huntun “Bu müharibə bizim müharibə deyil: Bosniya qadınları sülh tələb edir” kitabına cavab olaraq haırlanıb.

Müəllifin sölərinə görə, kitab həm də ağrı və acıları Bosniya qadınları ilə eyni olan və 20 ildən artıq Qarabağda insanlığa qarşı törədilən cinayətlərə dünya ictimaiyyətinin “durun” və “dayanın” deməsini gözləyən, günahsız Azərbaycan qadınlarının müharibə hekayələridir: “Əslində dünyanın müharibə dəhşətlərini görmüş bütün analar eyni göz yaşları ilə eyni kədər yaşayırlar. Bu təkcə müharibə edən tərəflərin deyil, dünya insanının çiyinlərinə yazılacaq günah? məsuliyyət və həm də bir utancdır. Bu kitab təkcə bir Azərbaycan qadınının və ya anasının acısının ifadəsi  deyil. Əslində, bu kitab Azərbaycan qadınlarının dili ilə dinindən, dilindən və irqindən asılı olmayaraq bu günkü dünyamızda müharibələrin məşəqqətlərini yaşayan qadınların fəryadı ilə dünyada bir çağırışdır. Bu, həm də bütün dünya analarının müharibələrə, zorakılıqlara və ədalətsizliklərə etiraz çağırışıdır”.

M.İbrahimqızının sözlərinə görə, kitabda müharibə qurbanı olan Azərbaycan qadınlarının öz əlləri ilə yazmış olduqları müharibə hekayələri toplanıb.  

Qeyd edək ki, kitabda benəlxalq hüquq müstəvisində Qarabağ münaqişəsinə münasibəti əks etdirən elmi təhlil də verilib. Kitab Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasını, erməni separatçıları tərəfindən işğal edilməsini, minlərlə soydaşımızın bu müharibənin qurbanı olmasını, 1 milyondan artıq insanın vətənindən didərgin düşməsini dünya ictimaiyyətinə çatdırılmasında çox dəyərli vasitə rolunu oynaya bilər. Bu eyni zamanda xarici alim və tədqiqatçılar, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar arasında Qarabağ problemi haqqında daha müfəssəl və obyektiv informasiya mənbəyidir.

Tədbirdə Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov, millət vəkilləri iştirak ediblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı