Modern.az

Müharibə Veteranları metroda - FOTOLAR

Müharibə Veteranları metroda - FOTOLAR

Aktual

7 May 2019, 15:57

“Bakı Metropoliteni” QSC-nin “MetroGallery ” layihəsi çərçivəsində daha bir sosialyönümlü tədbir keçirilib.

 

Modern.az-ın məlumatına 9 May – faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qələbə ruhunu yaşadanlarımız” adlı Metropolitenin “Gənclik” stansiyasının keçidlərində açılıb.

 

Foto-sərgidə Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş 57 azərbaycanlı veteranın fotolarından ibarət tablolar nümayiş etdirilir.
Sərginin açılışı mərasimində xidmət şöbəsinin rəisi Lalə Babayeva, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və “Bakcell” şirkətinin rəsmi nümayəndələri, həmçinin şanlı qələbənin ruhunu yaşadan veteranlarımız Bağır Məlikov, Hümbət Əliyev iştirak ediblər.

6 ay davam edəcək sərgidə nümayiş olunan fotoların müəllifi Azərbaycan Fotoqrafları Birliyinin üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantı Arzu Mürvətovadır.

 

Qeyd edək ki, buna qədər "Nərimanov" və "Gənclik" stansiyalarının keçidlərində talassemiyalı uşaqlara yardım məqsədi ilə uşaqların rəsm əsərləri, “Dünya rəssamları”, Azərbaycan kinofilmlərindəki fotolardan ibarət və Azərbaycanda Xəzər dəniz Gəmiçilinin 160 illik tarixini əks etdirən fotolardan ibarət, “Azərbaycanın görkəmli rəssamları” sərgiləri uğurla nümayiş etdirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı