Bu ilin yanvar-mart aylarında ayında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 201,174 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Modern.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur.
3 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 46,234 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 23,3% azdır.
2019-cu ilin yanvar-mart aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 31,2 manat olub.