Modern.az

Azərbaycana qarşı növbəti çirkin kampaniya

Azərbaycana qarşı növbəti çirkin kampaniya

Aktual

13 May 2019, 14:50

Rauf Əliyev,
Milli Məclisin deputatı


Azərbaycan uğurla inkişaf etdikcə, beynəlxalq nüfuzu artdıqca xaricdə fəaliyyət göstərən anti-Azərbaycan qüvvələr bundan bərk narahat olur və öz  çirkin kampaniyalarını işə salırlar. Adətən belə kampaniyalar Azərbaycanda təşkil olunan cəmiyyətin müxtəlif sahələrini əhatə edən iri miqyaslı beynəlxalq idman, hümanitar, mədəniyyət və başqa sahələri əhatə edən tədbirlər ərəfəsində aparılır. Növbəti belə bir çirkin kampaniya bu dəfə mayın 29-da   UEFA  Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində başlanıb. Azərbaycan artıq belə hallara öyrəşib. Bu qüvvələrin məqsədi növbəti şər-böhtan kampaniyası aparmaqla Azərbaycanı gözdən salmaq, onun nüfüzuna xələl gətirməkdir. Bu anti-Azərbaycan qüvvələr idmana aidiyyatı olmayan subyektiv, reallıqdan uzaq heç bir əsası olmayan fikirləri irəli sürürlər.

2012-ci ildə  Avroviziya, 2015-ci oldə  I Avropa  Oyunları, 2017-ci ildə  İslam Həmrəylik Oyunları zamanı da Azərbaycana qarşı belə çirkin kampaniyalar  təşkil olunmuşdu.  Ancaq Azərbaycan qeyd olunan tədbirləri çox yüksək səviyyədə təşkil edərək bütün dünyaya nəyə qadir olduğunu nümayiş etdirmişdir.

UEFA  Avropa  Liqasının 29 mayda Bakıda İngiltərənin iki komandasının iştirakı ilə  keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya  xarici işlər nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və çox təəcüb doğurur. Bakıda gecə hücumlarından çəkilməli olması barədə bəyanatla çıxış etmək çox yanlışdır. Bakı Londona nisbətən qat-qat daha təhlükəsiz şəhərdir. Bakı hal-hazırda dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Azərbaycan həm regionda həm də dünyada ən sabit və təhlükəsiz ölkələrdən biridir. Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub. Azərbaycan bu vaxta kimi çoxlu sayda  iri miqyaslı mötəbər idman yarışlarına ev sahibliyi edib və bundan sonra da edəcəkdir. Bu mənada  Birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəylik Oyunları, Formula I Bakı Qran Pirisi, UEFA  Çempionlar Liqası çərçivəsində 2017-ci ildə  Qarabağ-Çelsi  futbol oynunu yada salmaq kifayyətdir. Bu tədbirlərə qatılmaq üçün yüzlərlə ölkədən minlərlə idmançı, on minlərlə tamaşaçı rahat şəkildə ölkəmizə səfər etmiş və yüksək səviyyədə təşkil olunan yarışları izləmişlər.


Bu idman yarışlarını izləmək üçün, müxtəlif beynəlxalq təbirlərdə iştirak etmək üçün ölkəmizə gələn çoxsaylı xarici ölkə vətəndaşları Azərbaycanda ictimai əsayişin yüksək səviyyədə təmin olunmasından, mövcud olan sabitlik və təhlükəsizlik mühitindən və belə iri miqyaslı tədbirlərin təşkilatçılıq səviyyəsindən çox razı qalmışlar.

  Azərbaycan eyni zamanda turizmin sürətlə inkişaf etdiyi bir ölkədir. İldən ilə ölkəmizə gələn xarici vətəndaşların sayı durmadan artır. Ölkəmizin malik olduğu cöğrafi mövqeyi, onun tarixi, milli adət-ənənələrimiz, mədəniyyətimiz və digər cəlbedici xüsusiyyətləri ilə yanaşı  Azərbaycanda mövcud olan əmin amanlıq, sabitlik mövcud olan təhlükəsizlik mühiti  xaricdən gələn turistləri cəlb edən ən vacib amillərdən biridir. Azərbaycan dövləti tərəfindən, AFFA-nin təşkilatşılığı ilə  mayın 29-da keçiriləcək UEFA  Avropa  Liqasının final oynunun yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün hazırlıq işləri həyata keçirilmişdir.

   İnanıram ki  mayın 29-da keçiriləcək UEFA  Avropa  Liqasının final oynu çox yüksək səviyyədə təşkil olunacaq və yaddaşlarda uzun müddət qalacaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı