Modern.az

“Fuad Abbasovu hava limanından geri qaytarıblar” - Vəkil

“Fuad Abbasovu hava limanından geri qaytarıblar” - Vəkil

Aktual

7 İyun 2019, 23:44

“Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasovun Bakıya deportasiyası yubanır”.

Modern.az-ın xəbər verir ki, bu barədə Musavat.com-a danışan vəkil Elman Paşayev bildirib ki, onda olan məlumata görə,  Fuad Abbasovu hava limanından geri qaytarıblar.

 

Vəkil bu prosesin səbəbləri barəsində aşağıdakı versiyaları irəli sürüb:

"Ola bilər ki, ona cinayət işi açıldığı üçün belə addım atılıb. Bir variant da var ki, Fuad Abbasov hansısa sənədləri unuda bilər. Ancaq bu versiya o qədər də inandırıcı deyil. Çünki əgər sənəd məsələsi olsaydı, bunun üçün başqa bir şəxsi də göndərmək olardı ki, lazımı sənədləri hava limanına gətirsin. Hələ ki, məndə olan məlumat budur ki, onu geri qaytarıblar".

Azərbaycanlı jurnalist F.Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan edilib. Qərar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusu əsasında çıxarılıb.


Dünən Moskva vilayət məhkəməsində Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb və Ximski şəhər məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı