Modern.az

Ticarət mərkəzindəki yanğın tam söndürüldü  

Ticarət mərkəzindəki yanğın tam söndürüldü  

Актуально

23 İyun 2019, 11:23

İyunun 23-də səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində "X-Lady" və "İzabel" mağazalarının yerləşdiyi ticarət obyektində baş verən yanğın söndürülüb.

 

Modern.az xəbər verir ki, hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və digər rəsmi şəxslər gəliblər.

 

Eldar Əzizov jurnalistlərə müsahibəsində bildirib ki, bu cür hadisələr demək olar dünyanın bütün ölkələrində baş verir. Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün lazımi işlər görülür. Yanğının başvermə səbəbləri obyektiv qaydada araşdırılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı