II Avropa Oyunlarında +84 kq çəki dərəcəsində karateçilərin yarışında Azərbaycan daha bir medal qazanıb.
Modern.az xəbər verir ki, bu dəfə Azərbaycan təmsilçisi Asiman Qurbanlı qızıl medal uğrunda görüşdə xorvatiyalı Anjelo Kveşiçlə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn karateçimiz Avropa Oyunlarının çempionu olub.
Bu, Azərbaycan millisinin Minsk-2019-da 24-cü medalı olub. Bunlardan 5-i qızıl, 7-si gümüş, 12-si bürüncdür.