“Taliban” silahlılarının Əfqanıstanın paytaxtı Kabilə hücumu zamanı 6 nəfər həlak olub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, ölənlərdən ikisi polis əməkdaşları, dördü isə dinc sakinlərdir. DİN rəsmisi Nüsrət Rahimi bildirib ki, xəsarət alanların sayı 100-dən çoxdur. Yaralılar xəstəxanaya yerləşdirilib.
Rahimi əlavə edib ki, antiterror əməliyyatı zamanı silahlılar zərərsizləşdirilib. Partlayışın törədildiyi ərazidən 200-dən çox dinc sakin təxliyə edilib.