Ağstafa rayonunda istehlakçıların qaz təchizatının yaxşılaşdırılması və normadan artıq qaz itkilərinin qarşısının alınması məqsədilə təmir işlərinə başlanılıb.
Bu barədə Modern.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Saat 10.00-dan təmir işləri başa çatanadək Ağstafa rayonunda bir qrup abonentin qaz təchizatı dayandırılıb.