Bakının Binəqədi rayonunda 42 yaşlı kişi bıçaqlanıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, rayon ərazisində 42 yaşlı İsayev İftixar Rəcəb oğlu tanımadığı şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona sol bazu və sol biləyin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.