İndoneziyada baş verən zəlzələ nəticəsində beş nəfər ölüb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, daha dörd nəfər yaralanıb.
Məlumata görə, zəlzələ nəticəsində Banten və Qərbi Yava vilayətlərində 233 bina dağılıb.
Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji mərkəzinin verdiyi xəbərə əsasən, İndoneziyanın Sumatra adası sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.