Əfqanıstanın şimalında, Kabildə törədilmiş partlayış nəticəsində azı beş nəfər ölüb, daha yeddi nəfər yaralanıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayıcı qurğu küçələrin birində saxlanılmış velosipedə bərkidilib.
Məlumata görə, Əfqanıstan DİN-in Narkotiklərlə Mübarizə İdarəsinə məxsus avtomaşın yaxınlıqdan keçəndə partladılıb.
Nazirlik hələlik öz əməkdaşları arasında ölən və ya yaralananların olması barədə açıqlama yaymayıb. Partlayışa görə heç bir radikal qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.