Modern.az

Qurban Qurbanov püşkü dəyərləndirdi

Qurban Qurbanov püşkü dəyərləndirdi

Aktual

30 Avqust 2019, 19:54

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən püşkatmanı dəyərləndirib.

 

Modern.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibləri analiz etmək üçün vaxtlarının olduğunu bildirib:

 

"Rəqiblərimizdən APOEL tanış rəqibdir, gücləri bəllidir. "Düdelanj"la daha öncə qarşılaşmışıq, amma həmin vaxtdan uzun müddət keçib. Onların ardıcıl olaraq qrup mərhələsində iştirakı uğurlarının təsadüfi olmadığının göstəricisidir. "Sevilya" isə hamıya məlumdur, Avropa Liqasını ən çox qazanmış klubdur. Hələ vaxtımız var, rəqiblərimizi daha yaxından analiz etməyə çalışacağıq".

 

Qeyd edək ki, "Qarabağ" A qrupunda "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) klubları ilə üz-üzə gələcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı